Sergen Yalçın "Beşiktaş"dan getdi

Sergen Yalçın "Beşiktaş"dan getdi

"Beşiktaş"ın baş məşqçi Sergen Yalçın istefa verib. 

Fanat.Az xəbər verir ki, klubun prezidenti Ahmet Nur Cebi ilə görüşən 49 yaşlı mütəxəssisin istefa ərizəsi qəbul edilib. 

"NTV Spor"un məlumatına görə, komandaya müvəqqəti olaraq klubun akademiyasında çalışan Önder Karavel başçılıq edəcək. 

Qeyd edək ki, Sergen Yalçın "Beşiktaş"a 2020-ci ildə baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında 2020/2021 mövsümündə Türkiyə Superliqasının qızıl medallarını qazanıb. "Qara qartallar" UEFA Çempionlar Liqasının qrup mərhələsində xal toplaya bilməyib və avrokuboklarla vidalaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər