Seneqal millisinin üzvü Bakı klubunda

Seneqal millisinin üzvü Bakı klubunda

Qadınlardan ibarət "Azərreyl" voleybol klubu daha bir transferini həyata keçirib. Fanat.az worldofvolley.com-a istinadən xəbər verir ki, ölkəmizi Çempionlar Lqiasında təmsil edəcək komanda Seneqal millisinin üzvü Fatu Dyuku heyətinə qatıb. 

Finlandiyanın "Plkky Kuusamo" klubundan transfer olunan oyunçu bundan əvvəl Fransa birinciliyində çıxış edib. 

Ötən mövsüm "Rabitə"ylə 3 illik müqavilə imzalayan seneqallı hücumçu icarəyə verilmişdi. "Rabitə" fəaliyyətini dayandırdığından onun razılaşması ləğv olunub. 

Qeyd edək ki, "Azərreyl" bundan əvvəl tailandlı toppaylayıcı Nootsara Tomkom və Vanna Buakayev, amerikalı Cesika Cons, Hayli Ekerman və Medison Kinqdomu heyətinə qatıb. Ötən il iki illik müqavilə imzalanan bolqar Straşimira Filipova və kanadalı Tabita Lov da Azərbaycan təmsilçisinin uğurları üçün çalışacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər