"Səbail"in sabiq futbolçusu Türkiyə Super Liqasında

"Səbail"in sabiq futbolçusu Türkiyə Super Liqasında
"Səbail"in sabiq futbolçusu Faruk Miya karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Uqanda yığmasının üzvü Xorvatiyanın "Qoritsa” klubundan "Konyaspor”a keçib. Hücumameylli yarımmüdafiəçi 3 illik müqavilə imzalayıb. Miya yeni komandasında 21 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Uqanda yığmasında 50-dən çox oyun keçirmiş Faruk, ölkəsinin "Vipers” klubunun yetirməsidi. O, Belçikada "Standard” və "Muskron” klublarında legioner həyatı yaşayıb. 2018-ci ildə isə Miya bir dövrəlik "Səbail”də də icarədə oynayıb. O, bu komandada 13 oyuna 2 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər