"Səbail"in müdafiəçisi millidə debüt etdi

"Səbail"in müdafiəçisi millidə debüt etdi

“Səbail”in müdafiəçisi Camal Araqo Liberiya millisində debüt edib. 

Fanat.Az xəbər verir ki, onun komandası DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində doğma meydanda Nigeriya ilə qarşılaşıb.   Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Camal 90 dəqiqə mübarizə aparıb.   Liberiya yığması yer aldığı qrupda 5 turdan sonra 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.   Bu yaydan karyerasını ölkəmizdə davam etdirən 28 yaşlı Araqo vətəndaşlığını daşıdığı Qananın U-17 və U-20 yığmalarında çıxış edib. Lakin baba-nənə xətti ilə liberiyalı olan oyunçu məhz bu ölkənin milli komandasında çıxış etməyə qərar verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər