“Səbail”in müdafiəçisi “100”ə çatdı

“Səbail”in müdafiəçisi “100”ə çatdı
Azərbaycan Premyer Liqasının V turu "Səbail”in futbolçusu Adil Nağıyev üçün yubileylə əlamətdar olub. 
Fanat.Az xəbər verir ki, müdafiəçi ölkə çempionatlarında 100-cü oyununu keçirib.
Bu, "Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib. 1:1 hesabı ilə nəticələnən matç Adilin mövsümdə 5-ci, Premyer Liqada 100-cü oyunu olub.
Debütü 2015/16 mövsümünə təsadüf edən futbolçu bu müddətdə 3 qol vurub. 3 klubda çıxış edən Nağıyev ilk komandası olan "Zirə”də 83 (3 qol), "Sumqayıt”da 12, "Səbail”də 5 matça çıxıb.
 

mövsüm

klub

oyun

qol

2015/16

Zirə (Bakı)

25

1

2016/17

Zirə (Bakı)

22

1

2017/18

Zirə (Bakı)

24

1

2018/19

Zirə (Bakı)

12

0

2018/19

Sumqayıt

12

0

2019/20

Səbail

5

0

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər