"Səbail"in futbolçusu hakimlər otağına girdi, klub cəzalandı

"Səbail"in futbolçusu hakimlər otağına girdi, klub cəzalandı
AFFA İntizam Komitəsi "Səbail" klubunu 2400 manat məbləğində cərimələyib. 
Fanat.Az xəbər verir ki, buna səbəb X turda "Keşlə" ilə ev matçının gec başlamasıdı. Qarşılaşma "Səbail"in gecikməsi səbəbindən oyun 3 dəqiqə yubanıb. 
Matç başa çatandan sonra "Səbail"in futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olub. Bu səbəbdən, kluba daha 1600 manat cərimə kəsilib. 
Qeyd edək ki, görüş qolsuz yekunlaşıb - 0:0. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər