"Səbail"in futbolçusu: "Essyenlə bir pişiklər şəkil çəkdirməyib"

"Səbail"in futbolçusu: "Essyenlə bir pişiklər şəkil çəkdirməyib"
"Səbail”in qapıçısı Aleksandır Rıbka komandadakı gələcəyi barədə dynamomania.com saytına açıqlama verib. 
Fanat.Az xəbər verir ki, təcrübəli qapıçı komandadan ayrılıb karyerasına ölkəsində davam edəcəyi barəsində çıxan söz-söhbətlərə münasibət bildirib:
"Belə xəbərlərə inanmayın. Mənim klubumla 1.5 illik müqaviləm var. Burada hər kəs mənə hörmətlə yanaşır. Klub rəhbərliyi və məşqçilər heyəti ilə münasibətim yaxşıdır. Ancaq mənə təklif göndərilsə, onu nəzərə ala bilərəm. Azərbaycanda xoşbəxtəm. Lakin ailəmə yaxın olmaq istəyirəm".
Rıbka komanda yoldaşı Maykl Essyendən də danışıb: "Açığı, onun nə qədər maaş aldığını bilmirəm. Ancaq Essyenin komandaya pul üçün gəldiyinə inanmıram. Oteldə bir pişiklər onunla şəkil çədirməyib. O, çox sadə və ünsiyyətcil insandı".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər