"Səbail"in baş məşqçisi: "Güclü olan qalib gəldi"

"Səbail"in baş məşqçisi: "Güclü olan qalib gəldi"
"Neftçi"nin çempionluğa layiq olmadığını demək olmaz. Mövsümboyu çıxışları buna gətirib çıxardı".
Fanat.Az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, "Neftçi" ilə "Qarabağ" arasındakı görüşdə istənilən nəticə qeydə alına bilərdi: "Sevindirici haldır ki, çempionluq mübarizəsində də intriqa yaranıb. Ümid edirəm ki, digər klubların imkanları genişləndikcə gələcəkdə çempionluğa oynayan komandaların sayı da artacaq. Məncə, güclü olan qalib gəldi".
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər