"Səbail"dən İsveçə transfer

"Səbail"dən İsveçə transfer
Mövsümün sonunda "Səbail"dən ayılan Oke Akpovetanın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, nigeriyalı hücumçu karyerasını İsveçdə davam etdirəcək. Belə ki, Oke II liqa təmsilçisi "Frey"lə 1 illik müqavilə imzalayıb.
Akpoveta 2016-cı ildə də "Frey"də çıxış edib və həmin il 13 oyuna 10 qol vuraraq, komandanın liderinə çevrilib.  
Qeyd edək ki, 27 yaşlı futbolçu 2014-cü ildə "Rəvan"da oynayıb. Ötən mövsümün ikinci yarısını "Səbail"də keçirən forvard 9 oyuna 2 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər