"Səbail"dən Essyenə yeni təklif

"Səbail"dən Essyenə yeni təklif
Mövsümün sonunda müqaviləsi başa çatacaq Maykl Essyen "Səbail”də qala bilər.
Fanat.Az Qana mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi karyerasını başa vurub, məşqçiliyə başlamaq niyyətindədi. Xəbərdə "Səbail" rəhbərliyinin 38 yaşlı ulduz futbolçuya U-19 komandasını çalışdırmağı təklif etdiyi bildirilir.
Qeyd edək ki,ötən ilin martından "Səbail"də çıxış edən Maykl Essyen daha əvvəl "Çelsi”, "Real” və "Milan” kimi klublarda oynayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər