"Səbail"dən ayrıldı, İraq klubuna keçdi

"Səbail"dən ayrıldı, İraq klubuna keçdi
Bir neçə gün əvvəl "Səbail"dən ayrılan Çikito Lema Mabidinin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, konqolu yarımmüdafiəçi karyerasını İraqda davam etdirəcək. O, bu ölkənin "Al-Kuva" klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Mabidi bu ilin əvvəlindən "Səbail"də çıxış edirdi. O, Bakı klubunun heyətində cəmi 6 oyuna çıxıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər