"Səbail"lə yollarını ayıran Eriko da Silvanın yeni klubu müəyyənləşib.
Fanat.az xəbər verir ki, bu barədə "Digisport" məlumat yayıb.
Xəbərə görə, 31 yaşlı müdafiəçi Rumıniya klubu UTA ilə müqavilə bağlayıb. "Sambaçı" Arad təmsilçisinə keçdiyi üçün çox xoşbəxt olduğunu bildirib: "Ümid edirəm ki, istədiyimiz səviyyəyə çatacağıq. Mənə buraya gəlmək fürsəti verdikləri üçün təşəkkür edirəm".
Daha əvvəl Rumıniyada "Universitatya Kluj", "Astra" və "Panduri"də çıxış etmiş müdafiəçi ölkəyə qayıtdığı üçün məmnun olduğunu vurğulayıb.
Eriko da Silva 2019-cu ilin yayında "Səbail"ə keçib. UTA yeni mövsümdən etibarən Rumıniyanın əsas liqasında çıxış edəcək.
Fanat.az