"Səbail"dən ayrılan Maykl Essyenin yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, karyerasını başa vuran sabiq yarımmüdafiəçi Danimarkanın "Norşellan" klubunda çalışacaq. 38 yaşlı ulduz baş məşqçi Fleminq Pedersenin köməkçilərindən biri olacaq. Essyenlə 2020/21 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martından "Səbail"də çıxış edirdi. O əvvəllər Fransanın "Bastiya", "Lion", İngiltərənin "Çelsi", İspaniyanın "Real", İtaliyanın "Milan", Yunanıstanın "Panatinaikos" və İndoneziyanın "Persib Bandunq" klublarında forma geyinib.
Fanat.Az