"Səbail"dən ayrılan azərbaycanlı karyerasını bitirdi

"Səbail"dən ayrılan azərbaycanlı karyerasını bitirdi
"Səbail”lə yolları ayıran Eltun Yaqublu futbolçu karyerasını bitirib.
 
Fanat.Az xəbər verir ki, 28 yaşlı müdafiəçi bu barədə sosial şəbəkədə yazıb.
 
Yaqublu bildirib ki, onun üçün ağır olsa da, karyerasına son qoymağa qərar verib. Futbolçu "Səbail” klubunun rəhbərliyinə, məşqçilər korpusuna, onunla birlikdə oynayan komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.
 
Qeyd edək ki, Eltun karyerası ərzində "Neftçi", "Qarabağ" və "Sumqayıt" klublarının da formasını geyinib. O, 2018/19 mövsümündə "Səbail"lə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər