"Səbail"dən 50-ci qol

"Səbail"dən 50-ci qol
"Səbail” Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub. 
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, bu, II turun "Sumqayıt”la səfər matçına təsadüf edib. Bakılıların 3:0 hesabı ilə qalib gəldiyi oyunun 51-ci dəqiqəsində ikinci qola imza atan Şəhriyar Rəhimov paytaxt təmsilçisinin yubiley qolunu vurub. 
Belə ki, bu görüşədək Premyer Liqada 57 oyun keçirən "Səbail” 48 dəfə rəqib qapılarına yol tapmışdı. 2017/18 mövsümündə yüksək dəstədə debüt edən komanda ilk cəhdində 19, ötən çempionatda texniki qələbələri saymasaq, 28 dəfə fərqlənib. 
Cari mövsümün ilk turunda 1 qola sevinən "Səbail” bu rəqəmi 48-ə çatdırıb. 58-ci oyununda qol sayını 51-ə yüksəldən Bakı klubunun orta məhsuldarlığı 0,88-di. Bu qollardan 19-u ev, 32-si səfər matçlarına təsadüf edib. 
Qeyd edək ki, paytaxt təmsilçisinin ilk qolunun müəllifi Vüqar Nadirovdur. O, 2017-ci il avqustun 13-də "Zirə”ylə səfər matçının (1:2) 43-cü dəqiqəsində fərqlənib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər