"Səbail" yenə qələbə qazana bilmədi

"Səbail" yenə qələbə qazana bilmədi
Avropa Liqasında çıxış edəcək "Səbail" Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirir. 
Fanat.Az xəbər verir ki, bakılılar bu gün adıçəkilən ölkədə 3-cü yoxlama görüşünə çıxıb.
Baş məşqçi Aftandil Hacıyev "Klinçeni" ilə qarşılaşmada yetirmələrini sınayıb. Görüş 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Səbail" buna qədər Bolqarıstanda yerli komandalarla üz-üzə gəlib və hər ikisinə məğlub olub - "Lokomotiv" (Plovdiv, Bolqarıstan - 0:1), "Beroe" (Bolqarıstan - 0:4).
Yoxlama oyunu
28 iyun
Səbail (Azərbaycan) - Klinçeni (Rumıniya) 0:0
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər