"Səbail" ukraynalı qapıçı ilə bağlı qərar verdi

"Səbail" ukraynalı qapıçı ilə bağlı qərar verdi
"Səbail" qapıçısı Aleksandr Rıbka ilə bağlı qərarını verib.
Fanat.Az xəbər verir ki, Ukrayna millisinin sabiq üzvü klubda saxlanılıb. Bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumatda bildirilir ki, 32 yaşlı qolkiperlə müqavilənin müddəti iki illik uzadılıb. 
Qeyd edək ki, Aleksandr Rıbka bu ilin yanvarında Türkiyənin "Afyonspor" klubundan "Səbail"ə keçib. O, ölkəmizdə 11 oyun keçirib və 13 qol buraxıb. Qolkiper əvvəllər vətənində "Dinamo" (Kiyev), "Obolon", "Şaxtyor" (Donetsk) və Türkiyədə "Karabükspor" klublarında forma geyinib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər