"Səbail" təcrübəli futbolçusu ilə müqaviləni uzatdı

"Səbail" təcrübəli futbolçusu ilə müqaviləni uzatdı
"Səbail" klubu daha bir təcrübəli futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu Rauf Əliyev 2021/2022 mövsümündə də "dənizçilər"in formasını geyinəcək.
Qeyd edək ki, Rauf Əliyev "Səbail"ə 2020-ci ilin yanvarında keçib. Klub daha əvvəl Əfran İsmayilovla bir illik yeni sözləşmə bağlandığını açıqlayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər