"Səbail" qapıçısı ilə vidalaşdı - RƏSMİ

"Səbail" qapıçısı ilə vidalaşdı - RƏSMİ
"Səbail” qapıçısı Aleksandr Rıbka ilə yolları ayırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı qolkperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Paytaxt təmsilçisi göstərdiyi xidmətlərə görə qapıçıya təşəkkür edib və uğurlar arzulayıb.
Qeyd edək ki, Rıbka 2019-cu ildən "Səbail”də çıxış edirdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər