"Səbail" nigeriyalı hücumçu ilə müqavilə imzaladı - FOTO

"Səbail" nigeriyalı hücumçu ilə müqavilə imzaladı - FOTO
"Səbail” heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər” Oke Akpoveta ilə münasibətləri rəsmiləşdiriblər. 27 yaşlı negeriyalı hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Oke Akpoveta Azərbaycana tanış futbolçudu. Belə ki, afrikalı hücumçu 2014-cü ildə "Rəvan"da çıxış edib. Həmin vaxt ölkəmizdə 15 oyuna çıxan Oke 1 qol vurub.
Son olaraq İsveç "Eskilstuna"sında forma geyinən Akpoveta əvvəllər Nigeriyanın "Varri Volves", Danimarkanın "Bröndbü", "Bronşoy", "Linqbi", İsveçin "Fre", "Dalkurd" və "Helsinqborq" klublarında çıxış edib. 
 
"Səbail" nigeriyalı hücumçu ilə müqavilə imzaladı - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər