"Səbail" "Monako"nun yetirməsini baxışa çağırdı

"Səbail" "Monako"nun yetirməsini baxışa çağırdı
"Səbail" baxışa futbolçu dəvət edib. 
Fanat.Az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, Bakı klubunun məşqçilər korpusu Junior Mapukunu sınayır. Baş məşqçi Konqodan olan hücumçunu Bolqarıstandakı toplanış zamanı baxışdan keçiririb.
Qeyd edək ki, Junior Mapuku Fransanın "Monako" klubunun yetirməsidi. 2009-cu ildə "Amines"ə transfer olunan hücumçu sonrakı illərdə Fransanın "Troya", "Sent-Genevieve", "Kompiegne", Yunanıstanın "Panaçaiki", Bolqarıstanın "Beroe", "Levski", Misirin "Vadi Deqla", Türkiyənin "Bandırmaspor" və Çini "Şijiazuanq Ever Bric" klublarında çıxış edib. Onun son iş yeri Rumıniyanın "Dunarea  Kalarasi" klubu olub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər