"Səbail" klubu Moldova millisinin futbolçusunu geri qaytardı

"Səbail" klubu Moldova millisinin futbolçusunu geri qaytardı
"Səbail" klubu Moldova milli komandasının futbolçusu Yevgeni Koçuku geri qaytarıb. 
Klubun mətbuat xidmətinin rəhbəri Tora Əhmədovanın "Report"a verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə rəsmi müqavilə tezliklə bağlanılacaq. Koçuk Bayıl komandasına azad agent statusu ilə keçib. O, avqustun 17-də Slovakiya "Jilina"sı ilə müqaviləsini pozub.  
Qeyd edək ki, Yevgeni Koçuk 2017-2018 mövsümünün ikinci yarısında da "Səbail”də çıxış edib və 13 oyuna 2 qol vurub. Moldova millisində  isə o, 10 oyun keçirib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər