"Səbail" - "Keşlə" oyunu heç-heçə bitdi

"Səbail" - "Keşlə"  oyunu heç-heçə bitdi
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Səbail” və "Keşlə” bu gün yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Bakı Olimpiya stadionunun ehtiyat meydançasında keçirilən görüşdə qolsuz heç-heçə qeydə alınıb.
Bu komandaların Qəbələdəki toplanış çərçivəsində keçirilən yoxlama görüşündə "Keşlə” 2:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, "Səbail” Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Neftçi” ilə,  "Keşlə” isə "Sumqayıt”la qarşılacaq.
Yoxlama oyunu
14 avqust
Səbail – Keşlə 0:0
Bakı Olimpiya stadionu, ehtiyat meydança
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər