"Səbail" "Keşlə" ilə qarşılaşacaq

"Səbail" "Keşlə" ilə qarşılaşacaq
Yeni mövsümə hazırlaşan "Səbail” daha bir yoxlama oyunu keçirəcək.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağtandil Hacıyevin komandası "Keşlə” ilə qarşılaşacaq.
Sabah Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Səbail" Premyer Liqamızda 2020-2021 mövsümün ilk turunda səfərdə "Neftçi", "Keşlə" isə "Sumqayıt"la üz-üzə gələcək. Hər iki oyun avqustun 21-də keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər