"Səbail" bir neçə futbolçusu ilə müqaviləni yenilədi

"Səbail" bir neçə futbolçusu ilə müqaviləni yenilədi
"Səbail" klubu 4 futbolçusu ilə müqavilənin müddətini uzadıb. 
Bu barədə "Report"a paytaxt təmsilçisinin Mətbuat xidmədinin rəhbəri Törə Əhmədova məlumat verilib. Yerli futbolçulardan Orxan Qurbanlı, Bahadur Həziyev və Elçin Rəhimli növbəti mövsümdə də komandada qalacaq. 
İranlı mərkəz müdafiəçisi Peyman Keşavarz da 2020/2021 mövsümdə "Səbail"in formasını geyinəcək. Aftandil Hacıyevin baş məşqçi olduğu komanda aparıcı futbolçuları Rahid Əmirquliyev və Rauf Əliyevlə də razılıq əldə etməyə çox yaxındır. 
Qeyd edək ki, "Səbail" daha əvvəl Eltun Yaqublu, Şəhriyar Rəhimov və Maykl Essyenlə yollarını ayırıb. İcarə müddəti başa çatanlardan Fəhmin Muradbəyli "Neftçi"yə, Ruslan Hacıyev isə "Qarabağ"a qayıdıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər