"Səbail" argentinalı hücumçu transfer etdi

"Səbail" argentinalı hücumçu transfer etdi
"Səbail” klubu heyətinə daha bir əcnəbi futbolçu cəlb edib. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı hücumçu İriberri İmanol ilə 2019-cu il mayın 31-dək müqavilə imzalanıb.
İmanol 2006-2009-cu illərdə Argentinanın "Atletiko Aldosivi”, 2009-cu ildə "Alvarado”, 2010-2012-ci ildə "Independiente” F.B.C. (Paraqvay), 2012-2013-cü ildə "Sportivo Carapegua”, 2013-cü ildə Deportes Tolima (Kolumbiya), 2013-2014-cü ildə "Estudiantes de Merida”, 2014-2015-ci ildə "Deportivo La Guaira” (Venesuela), 2015-2016-cı ildə "Wilstermann” (Boliviya), 2016-cı ildə "Boavişta” (Portuqaliya), 2016-2017-ci ildə "Crucero del Norte” (Argentina), 2017-ci ildə "Mineros” (Venesuela), 2017-2018-ci ildə "Sport Boys” (Peru), 2018-ci ildə isə "Deportivo La Guaira” (Venesuela) klublarında çıxış edib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər