Saşa Stamenkoviç "Sabah"ı tərk edir?

Saşa Stamenkoviç "Sabah"ı tərk edir?

"Sabah"ın 36 yaşlı qapıçısı Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Meta Reytinq" portalı məlumat yayıb. 

Xəbərə görə, serbiyalı qapıçı ilə Qazaxıstan Premyer Liqasında çıxış edən  "Aktobe" klubu arasında danışıqlar gedir.

Mənbə bildirir ki, komandanın baş məşqçisi Vladimir Muxanov Stamenkoviçlə yaxından maraqlanır və onun "Aktobe"yə keçidi çox yaxındır.

Xatırladaq ki, Saşa Stamenkoviç daha əvvəl də Qazaxıstanda çıxış edib. O, 2016/2017 mövsümündə "Okjetpes" klubunda formasını geyinib. 2018-ci ildən isə "Sabah"da çıxış edir.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər