Saşa İliç "Karvan-Yevlax" üzərində qələbədən sonra belə danışdı

Saşa İliç "Karvan-Yevlax" üzərində qələbədən sonra belə danışdı

Misli Premyer Liqasının 18 -ci turunda "Karvan-Yevlax"ı səfərdə məğlub edən (2:0) "Sumqayıt"ın baş məşqçisi Saşa İliç oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssis belə danışıb:

“Çox önəmli matç idi. Qalib gəlsək də, oyundan tam razı deyiləm. Bəzi məqamlarda ötürmələr vaxtında edilmirdi. Cərimə zərbələri zamanı çoxlu səhvlərimiz oldu. Bunun nəticəsində müəyyən problemlər yaşadıq. Bu problemləri aradan qaldırmaq lazımdır.

Pedru Pitunun gözlənilməz gedişinə münasibətim? Futbolda belə şeylər olur. Onun təklifi var idi. Buna sakit yanaşıram".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər