"Başakşəhər” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinə də çağırılan Ahmed Kutucunu transfer edib.
Məlumatı klubun rəsmi saytı yayıb. Almaniyanın "Şalke 04” klubundan transfer olunan 21 yaşlı forvardla 4 illik müqavilə imzalanıb. Gənc futbolçu yeni komandasında "17” nömrəli formanı geyinəcək.
Kutucu "Şalke 04”ün yetirməsidir. O, peşəkar karyerasına da məhz bu komandada başlayıb və Bundesliqada 45 oyuna çıxıb. Ön xətt oyunçusu son mövsümün ikinci yarısını icarə əsasında Niderlandın "Herakles Almelo” klubunda keçirib.