"Fənərbağça"nın macar müdafiəçisi Atilla Salai haqqında yayılan şayiələrə aydınlıq gətirib.
Fanat.Az "Fotomaç" saytına istinadən xəbər verir ki, futbolçu klubda qalacağını açıqlayıb:
“Əziz "Fənərbağça" ailəsi! Haqqımda çox söz-söhbət gəzir. Menecerim mənə dedi ki, ən yaxşı komandalardan təkliflər var, amma mən burdayam və komandanın məqsədləri üçün mübarizə aparıram”.
Xatırladaq ki, İngiltərə mətbuatı Salainin "Çelsi"yə keçəcəyi barədə xəbərlər yayıb.
Emin