Salah adını "Liverpul"un tarixinə yazdırdı

Salah adını "Liverpul"un tarixinə yazdırdı
"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində "Bornmut"la oynanılan matçda fərqlənib.
Fanat.Az xəbər verir ki, "qırmızılar"ın forması ilə Premyer Liqada 100-cü oyununa çıxan Salah 70-ci qoluna imza atıb. "Liverpul" tarixində 100 matçda daha çox qol vuran başqa futbolçu yoxdu.
Salaha kimi ən yaxşı göstərici Fernando Torresə məxsus idi: 100 oyunda 63 qol. Növbəti sıralarda Luis Suares, Robbi Fauler (hər ikisi 62), Maykl Ouen (54) və Sadio Mane (50) var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər