Türkiyə Super Liqasında 22-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə 3 görüş baş tutub.
“Hatayspor” - “Alanyaspor” matçında qalib müəyyənləşməyib. Meydan sahiblərinin heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 79-cu dəqiqə oynayıb və sarı vərəqə almaqla yadda qalıb.
“Beşiktaş” - “Adana Dəmirspor” matçı qolsuz bitib. Qonaqların heyətində Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb və qol buraxmayıb.
“Pendikspor” - “Kasımpaşa” matçında isə meydan sahibləri qələbəyə seviniblər.
Türkiyə Super Liqası 22-ci tur 23 yanvar
Hatayspor – Alanyaspor 1:1 Qollar: Rivas, 5 – O.Aydın, 89-pen.
Beşiktaş – Adana Dəmirspor 0:0
Pendikspor – Kasımpaşa 3:2 Qollar: U.Nayir, 19. Tiam, 44-pen. Türam, 90 – Rassul, 6-öz qapısına. G.Gül, 25.
24 yanvar
18:00. Ankaragücü – Fatih Karagümrük 18:00. Qaziantep – Konyaspor 21:00. Antalyaspor – Sivasspor 21:00. Başakşəhər – Fənərbaxça
25 yanvar
18:00. Samsunspor – Kayserispor 21:00. Qalatasaray – İstanbulspor 21:00. Rizəspor - Trabzonspor