Şahruddin yenə qol buraxdı, “Beşiktaş” böyük hesabla uduzdu

Şahruddin yenə qol buraxdı, “Beşiktaş” böyük hesabla uduzdu

Türkiyə Super Liqasında 21-ci tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk gündə beş görüş baş tutub.

“Fatih Karagümrük” - “Başakşəhər” və “Adana Dəmirspor” - “Ankaragücü” oyunlarında qalib müəyyənləşməyib. Adana təmsilçisinin start heyətində meydana çıxmış Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb.

“Kasımpaşa” “Hatayspor”u, “Alanyaspor” isə “Rizəspor”u məğlub yola salıb. Hatay təmsilçisində də millimizin hücumçusu Renat Dadaşov son 20 dəqiqədə meydanda olub.

Səfərdə “Pendikspor”la qarşılaşan “Beşiktaş” isə böyük hesabla uduzub.

Türkiyə Super Liqası 21-ci tur 20 yanvar

Kasımpaşa – Hatayspor 3:0 Qollar: Vink, 74. Da Kosta, 79. Fall, 89.

Alanyaspor – Rizəspor 2:1 Qollar: E.Karaca, 70. Sisto, 90+1 – Vareşanoviç, 51.

Fatih Karagümrük – Başakşəhər 1:1 Qollar: S.Dursun, 88 – Paoletti, 45-öz qapısına.

Adana Dəmirspor – Ankaragücü 1:1 Qollar: E.Akbaba, 52 – Pedrinyo, 63.

Pendikspor – Beşiktaş 4:0 Qollar: U.Nayir, 4. H.Akbunar, 70. M.Tiam, 74. Sekeyra, 82.

21 yanvar

14:30. Sivasspor – Qaziantep 17:00. Fənərbaxça – Samsunspor 17:00. Konyaspor – Antalyaspor 20:00. Trabzonspor – Qalatasaray

22 yanvar

21:00. Kayserispor - İstanbulspor

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər