Şahmat Olimpiadası: Azərbaycan yığmaları Slovakiya və Qazaxıstana qarşı

Şahmat Olimpiadası: Azərbaycan yığmaları Slovakiya və Qazaxıstana qarşı

Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları Hindistanın Çennay şəhərində təçkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşləri keçirəcəklər.

Fanat.Az xəbər verir ki, ötən gün gözlənilmədən Kubaya uduzan kişilərdən ibarət yığma VI turda Slovakiya ilə qarşılaşacaq. Məğlubiyyətsiz irəliləyən qadın millisi isə Qazaxıstanın müqavimətini qırmağa çalışacaq. 

Ümumdünya Şahmat Olimpiadası

VI tur

Kişilər

Slovakiya – Azərbaycan

Viktor Qazik – Şəhriyar Məmmədyarov

Yuray Druşka – Qədir Hüseynov

Xristofer Repka – Vasif Durarbəyli

Lyubomir Ftaçnik – Nicat Abbasov

Məmmədyarov və Durarbəyli qara, Hüseynov və Abasov ağ fiqurlarla oynayacaq.

Qadınlar

Azərbaycan – Qazaxıstan

Günay Məmmədzadə – Jansaya Əbdumalik

Gövhər Beydullayeva – Bibisara Assaubayeva

Gülnar Məmmədova – Kseniya Balabayeva

Ülviyyə Fətəliyeva – Qulisxan Naxbayeva

Məmmədzadə və Məmmədova ağ, Beydullayeva ilə Fətəliyeva qara fiqurlarla mübarizə aparacaq.

Oyunlara Bakı vaxtı ilə saat 13:30-da start veriləcək.

Qeyd edək ki, 5 turdan sonra Azərbaycanın qadın yığması 9 xalla 5-ci pillədə qərarlaşıb. Kişi millisi 7 xalla 27-ci yerdədir. Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər