Şahmat Olimpiadası: Azərbaycan son turda Türkiyə və Özbəkistana qarşı

Şahmat Olimpiadası: Azərbaycan son turda Türkiyə və Özbəkistana qarşı

Bu gün Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, yarışın sonuncu - 9-cu turunda Azərbaycan komandaları aşağıdakı rəqiblərlə qarşılaşacaq.

IX tur

Azərbaycan-1 – Türkiyə-Anadolu Özbəkistan-2 - Azərbaycan-2 Azərbaycan-4 - Şri-Lanka İngiltərə - Azərbaycan-3 CAR-3 - Azərbaycan-Naxçıvan Azərbaycan-Sumqayıt - Gürcüstan-2

Səkkiz turdan sonra Azərbaycan-1 11 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Azərbaycan-2 9 xalla 11-cidir. İlk "üçlük"də Türkiyənin birinci komandası (14 xal), Özbəkistan-1 (13 xal) və Hindistan (11 xal) yer alıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər