Şafranko "Sabah"ın tarixinə düşdü

Şafranko "Sabah"ın tarixinə düşdü

“Sabah” Azərbaycan çempionatlarında 150-ci ev qolunu vurub. 

Fanat.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXIV turuna təsadüf edib.

“Şamaxı” ilə görüşdə (3:1) komandasının sonuncu qoluna imza atan Pavol Şafranko yubiley qolunun müəllifi olub. Bakı klubu 104-cü ev matçında 150-yə çatıb.

Qeyd edək ki, “Sabah”ın Premyer Liqada ilk ev qolu 2018-ci il sentyabrın 19-da keçirilən “Sumqayıt”la matça (1:4) təsadüf edib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər