Sadıq Sadıqov "Neftçi"nin düşərgəsini tərk etdi

Sadıq Sadıqov "Neftçi"nin düşərgəsini tərk etdi

"Neftçi"nin prezidenti Sadıq Sadıqov Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən komandanın düşərgəsində olub. Fanat.az xəbər verir ki, komandanın hazırlığı və məşqlərin gedişatı ilə yaxından tanış olan klub prezidenti 18 yanvar tarixində keçirilmiş “Neftçi” - “Fənərbaxça” matçını da stadiondan izləyib. 

Daha sonra məşqçilər heyəti və futbolçularla görüşən Sadıq Sadıqov onlara öz tövsiyyələrini verib və hazırlıq prosesində uğurlar arzulayıb. Klub prezidenti 20 yanvar tarixində Bakıya qayıdıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər