İtaliya Futbolçular Assosiasiyasının sabiq prezidenti, İtaliya millisinin keçmiş oyunçusu Damiano Tommazi seçkilərdə qalib gələrək Verona şəhərinin meri olub.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, seçicilərin 54,4 faizi Tommaziyə səs verib.
Qeyd edək ki, İtaliya millisində 25 oyun keçirən Damiano "Roma", KPR, "Levante" kimi klubların da şərəfini qoruyub. Sözügedən veteran heç bir partiyanın üzvü olmasa da, hazırda ölkəsində daha çox solçuların dəstəklədiyi personadır.
Nihat