"Sabah"ın qarşılaşacağı rəqiblər açıqlandı

"Sabah"ın qarşılaşacağı rəqiblər açıqlandı
"Sabah”ın Tiflis toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər bəlli olub. 
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazır təmsilçisi Gürcüstanda yerli klublarla üz-üzə gələcək.
 
İlk rəqib "Şukura” olacaq. Kobuleti komandası ilə görüş iyulun 20-də baş tutacaq. 
 
Bakılıların növbəti oyunu iyulun 23-də "Samqurali”yə qarşı olacaq. "Sabah” Tiflis toplanışındakı son matçında "Saburtalo” ilə üz-üzə gələcək. Görüş iyulun 28-də baş tutacaq.
 
Qeyd edək ki, Azərbaycan təmsilçisi Gürcüstan paytaxtına sabah yola düşəcək. "Ağ-göylər” Bakıya iyulun 29-da qayıdacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər