"Sabah"ın oyunçusu Gürcüstanda "ən yaxşı" seçildi

"Sabah"ın oyunçusu Gürcüstanda "ən yaxşı" seçildi

“Sabah”ın 11 yaşlılardan ibarət komandası Gürcüstanın Batumi şəhərində təşkil edilən “Shota Cup 2022” turnirində iştirak edib.

Fanat.Az xəbər verir ki, U-11 qrupda keçirdiyi ilk oyunda yerli “Tbilisi 35” komandasına məğlub olub (1:2).

Digər görüşlərində qalib gələn “Sabah” qrup mərhələsini ikinci pillədə başa vurub. Qrup ikincilərinin üz-üzə gəldiyi “Golden League” matçında “Saburtalo” ilə qarşılaşan təmsilçimiz qolsuz heç-heçə başa çatan görüşün penaltilər seriyasında məğlub olaraq (2:4), yarışı ikinci pillədə başa vurub.

“Sabah”ın qapıçısı Hüseyn Zeynalov turnirin ən yaxşı qolkiperi seçilib.

“Shota Cup 2022”-nin “Brilliant League” matçının qalibi isə ölkəmizin turnirdəki digər təmsilçisi “Vətən” olub.

“Sabah”ın “Shota Cup 2022”-də keçirdiyi bütün oyunlar:

“Sabah” – “Tbilisi 35” 1:2 Qollar: Həsən Ramazanov

“Sabah” – “Ekzos” 7:0 Qollar: Həsən Ramazanov (2), Rasim Cavadov (2), Ülvi Əlizadə, Murad Məmmədzadə, Əli Hacıyev

“Sabah” – “Rustavi” 5:0 Qollar: Həsən Ramazanov (2), Ülvi Əlizadə (2), Murad Məmmədzadə

“Sabah” – “Champions Tbilisi” 5:1 Qollar: Murad Məmmədzadə (2), Ülvi Əlizadə, Həsən Ramazanov, Əli Hacıyev

Golden League “Sabah” – “Saburtalo” 0:0 (pen-2:4)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər