"Sabah"ın məşqçisi: "Murad Musayev dedi ki..."

"Sabah"ın məşqçisi: "Murad Musayev dedi ki..."

"Sabah"ın məşqçisi Rəşad Hüseynov Premyer Liqasının 9-cu turu çərçivəsində “Qəbələ” ilə (3:1) oyun barədə açıqlama verib. 

Fanat.Az xəbər verir ki, gənc məşqçi əvvəlcədən matçın çətin olacağını proqnozlaşdırdıqlarını bildirib:  "Bəzi səhvlərimiz oldu. Amma matça ciddi hazırlaşmışdıq. Futbolçular həftəboyu məşqçinin bütün təlimatlarını yerinə yetirdilər. "Qəbələ"ni yaxşı analiz etmişdik, bilirdik ki, yaxşı komandadır. Açığı, bu qələbələri çoxdan gözləyirdik. Sevinirik ki, ardıcıl qələbə qazandıq. Bütün kollektivi, rəhbərliyi təbrik edirəm.

Yeni baş məşqçimiz Murad Musayev hələ işə başlamayıb. Sabah istirahətdir. Birisigündən komandanın sükanı arxasında olacaq. Komanda bu həftə İqor Ponomaryovun başçılığı altında hazırlaşıb. Heyəti də Ponomaryov özü qurmuşdu". "Sabah"ın məşqçisi: "Murad Musayev dedi ki..." "Sabah"ın məşqçisi Musayevin bugünkü oyundan razı qaldığı sözlərinə əlavə edib: "Oyundan razı qalıb. Qələbə münasibətilə hər kəsi təbrik etdi. Klubun hədəfi avrokuboklarda oynamaqdırsa, bunun üçün daha çox çalışmalı, daha da inkişaf etməli olduğumuzu bildirdi". 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər