"Sabah"ın 25-ci məğlubiyyəti

"Sabah"ın 25-ci məğlubiyyəti

“Sabah” komandası Azərbaycan Premyer Liqasında 25-ci ev məğlubiyyətini alıb.

Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, 19-cu tura təsadüf edib. “Qarabağ”ı qəbul edən Bakı təmsilçisi 0:1 hesabı ilə uduzub. “Sabah” öz meydanındakı 47-ci matçda 25-ci dəfə xalsız qalıb.

“Sabah” ilk ev məğlubiyyətini 2018-ci il avqustun 19-da “Sumqayıt”dan alıb – 1:4.

“Sabah” evdə 25 və daha çox oyunda uduzan 23-cü komanda olub. Antirekord “Turan”a məxsusdur. Tovuz klubu 78 dəfə öz meydanında xalsız qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər