“Sabah”ı “Səbail”ə dəyişirlər

“Sabah”ı “Səbail”ə dəyişirlər
"Səbail”in düşərgəsində yeni futbolçular var. Fanat.az xəbər verir ki, Elşən Abdullayev və Cavid Tağıyev Bayıl təmsilçisinə keçməyə yaxındır. Vaxtilə "Neftçi”, "Qarabağ”, "Zirə” kimi iddialıların şərəfini qoruyan, sonuncu iş yeri isə "Sabah” olan Abdullayev ötən mövsümü zədə səbəbindən boşa verib və iyun ayında klubdan göndərilmişdi. 27 yaşlı futbolçu  müntəzəm oynaya biləcəyi klub axtarışındadır ki, bu baxımdan, onun "Səbail”ə üz tutması başadüşüləndir. 
 
“Sabah”ı “Səbail”ə dəyişirlər
 
Elşən Abdullayev kimi, sonuncu klubu "Sabah” olan Cavid də özünü digər paytaxt təmsilçisində sınamaq niyyətindədir. Dünən saat 19:00-da baş tutan məşqdə iştirak edən təcrübəli futbolçularla bağlı son qərarı baş məşqçi Aftandil Hacıyev verəcək. Bununla belə, heyət sıxıntısı olan, yay fasiləsində hələlik Şəhriyar Rəhimovla Məhəmməd Mirzəbəyovu sıralarına qata bilən "Səbail”in onlarla münasibətlərini rəsmiləşdirəcəyi gözlənilir.
Qeyd edək ki, "Səbail” iyulun 2-dən təlim-məşq toplanışına başlayıb və hazırlığını "ASCO Arena”da davam etdirir.
 
“Sabah”ı “Səbail”ə dəyişirlər
Mirağa Mirzəyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər