"Sabah"dan yeni transfer - RƏSMİ

"Sabah"dan yeni transfer - RƏSMİ

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bosniya və Herseqovinadan olan Boyan Letiçlə müqavilə imzalanıb.

29 yaşlı müdafiəçi mövsümün sonunadək "Sabah"da çıxış edəcək.

Qeyd edək ki, Boyan Letiç karyerası ərzində ölkəsnin “Kozara Qradiska” (2011/12), “Velej Mostar” (2012-2014), “Sarayevo” (2019/20), Slovakiyanın “Jilina” (2014-2017), Çexiyanın “Karvina” (2017-2019) və Serbiyanın “Radniçki Niş” (2020) klublarında çıxış edib. Onun son klubu İspaniya “Mirandes”i (2020-2022) olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər