"Sabah"da yeni müqavilə - RƏSMİ

"Sabah"da yeni müqavilə - RƏSMİ
"Sabah” klubu futbolçusu Tiemoko Fofananın transfer hüququna yiyələnib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçunun keçidi ilə bağlı Finlandiyanın "İlves” klubuyla razılığa gəlinib.
Afrikalı forvardla 3 illik müqavilə imzalanıb.
Kot d İvuardan olan futbolçu bu ilin yanvarında "İlves”dən icarəyə götürülüb.
Fofana cari mövsüm Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər