“Sabah” yarımfinalda

“Sabah” yarımfinalda

Gürcüstanın Tbilisi şəhərində keçirilən “Bendela Cup” turnirində çıxış edən “Sabah”ın U-12 komandası turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, “Sabah” qrup mərhələsində yerli “Dinamo” (Diqomi, 12:0), “Rustavi” (1:2) və “Dinamo” (Batumi, 6:0) komandaları ilə qarşılaşıb. 1/4 finalda Gürcüstanın “Qori” komandasını üstələyən (4:2) U-12 komandası yarımfinala vəsiqə qazanıb.

“Sabah” yarımfinal mərhələsində Gürcüstanın “Rustavi” komandası ilə qarşılaşacaq. Oyun bu gün keçiriləcək.

“Sabah”ın turnirdə keçirdiyi bütün oyunlar:

Qrup mərhələsi

Sabah – Rustavi 1:2 Qol: İlkin Bayramov.

Dinamo (Diqomi) – Sabah 0:12 Qol: İlkin Bayramov, Kəmaləddin Qəhrəmanov, Firdovsi Şeydayev (2), Nizami Nəbiyev, Nihad Hüseynzadə, Ziya Məmmədov, Süleyman Babayev, Ümid Əliyev, Altun Yusifli (2), Vaqif Məmmədov.

Sabah – Dinamo (Batumi) 6:0 Qol: Nihad Hüseynzadə, Firdovsi Şeydayev (2), Kəmaləddin Qəhrəmanov, Nizami Nəbiyev, Ziya Məmmədov.

1/4 final mərhələsi

Sabah – Qori 4:2 Qol: Nihad Hüseynzadə, Ömər Kosayev, Kəmaləddin Qəhrəmanov, Ziya Məmmədov.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər