"Sabah" Tükiyə toplanışını heç-heçə ilə başa vurdu 

"Sabah" Tükiyə toplanışını heç-heçə ilə başa vurdu 

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" bu gün son yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə 17:00-da start götürüb və qollu bərabərliklə yekunlaşıb. 

Qeyd edək ki, "Sabah" təlim-məşq toplanıı çərçivəsində Macarıstan "Pakş"ı və Ukrayna "Zarya"sı ilə qarşılaşıb. Hər iki matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Yoxlama oyun

25 yanvar

"Sabah" - “Mladost” 1:1 

Qol: Mikkels, 53

"Sabah": 1. Səlahət Ağayev, 2. Amin Seydiyev, 34. Bəxtiyar Həsənalızadə, 7. Nikolay Boçko, 14. Slavik Alxasov, 4. Elvin Camalov, 17. Xuan Kamara, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 29. Ceyhun Nuriyev, 9. Xulio Rodriqes.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər