"Sabah" Qəbələdə, "Sumqayıt" evdə qazandı 

"Sabah" Qəbələdə, "Sumqayıt" evdə qazandı 

Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun ikinci günündə daha iki oyun keçirilib.

"Qəbələ" öz meydanında "Sabah"ı qəbul edib. Paytaxt klubu Murad Musayevlə müqavilə bağlamasına baxmayaraq, səfər görüşünə baş məşqçisiz çıxıb. 

Masazır təmsilçisi rəqib meydanında inamlı qələbə qazanıb.

Turun son oyununda isə “Sumqayıt” “Səbail”i qəbul edib. "Kimyaçılar" hesabı açandan sonra qonaqlar azlıqda qalıb. Daha bir qol vuran Ayxan Abbasovun komandası istəyinə çataraq 5-ci pilləyə yüksəlib.

Qeyd edək ki, turun dünən keçirilən oyunlarında “Zirə” “Keşlə”ni 2:0, “Qarabağ” isə “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası IX tur 31 oktyabr 

“Sumqayıt” – “Səbail” 2:0

Qollar: Rəhim Sadıxov, 37. Səid Rza, 74.

Qırmızı vərəqə: Nikolas Raysel, 63.

“Sumqayıt”: 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitri Nağıyev, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 23. Səid Rza, 8. Səbuhi Abdullazadə

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 27. Nihad Ağayev

Baş məşqçi: Ayxan Abbasov

“Səbail”: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 20. Orxan Fərəcov

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 31. Nail Alışov, 17. Elçin Rəhimli, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 24. Elvin Sərkarov,. 38. Zeynəddin Abdurahmanov

Baş məşqçi: Aftandil Hacıyev

Baş hakim: Fərid Hacıyev Sumqayıt. “Kapital Bank Arena”  

“Qəbələ” – “Sabah” 1:3 

Qollar: İsnik Alimi, 69-pen. - Coy-Lens Mikels, 20, Fofana Tiemoko, 39, Aleksey İsayev, 63.

“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 34. Urfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes, 33. Hüseyn Mürsəlov Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 88. Gülağa Əsədov Baş məşqçi: Elmar Baxşıyev “Sabah”: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 11. Kristian Sebalyos, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov Ehtiyat oyunçular: 32. Ru. stam Samigullin, 94. Yusif İmanov, 14. Slavik Alxasov, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 29. Ceyhun Nuriyev, 13. Abdulla Rzayev, 87. Nazim Həsənzadə Məşqçi: Rəşad Hüseynov Baş hakim: Elçin Məsiyev Qəbələ şəhər stadionu  

N Klublar O Q H M T-F X
1 Qarabağ 9 6 2 1 18-7 20
2 Neftçi 9 5 2 2 16-13 17
3 Qəbələ 9 4 3 2 16-11 15
4 Zirə 9 4 3 2 12-8 15
5 Sumqayıt 9 3 2 4 7-8 11
6 Səbail 9 3 0 6 8-18 9
7 Keşlə 9 2 1 6 8-16 7
8 Sabah 9 2 1 6 9-13 7
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər