"Sabah" milli üzvünün transferini açıqladı

"Sabah" milli üzvünün transferini açıqladı

“Sabah” heyətinə yeni futbolçu qatdığını açıqlayıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Masazır təmsilçisi Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimovu transfer edib. 

27 yaşlı oyunçu 2 illik müqaviləyə imza atıb.

"Sabah" milli üzvünün transferini açıqladıSon klubu "Sumqayıt" olan Mütəllimov daha öncə “Qəbələ” (2016 - 2018) və “Zirə”də (2015/2016, 2017 - 2020) çıxış edib.

Qeyd edək ki, T. Mütəllimovun "Sabah"a keçəcəyi ilə bağlı informasiyanı ilk olaraq Fanat.Az yayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər