"Sabah" legioneri ilə vidalaşdı - RƏSMİ

"Sabah" legioneri ilə vidalaşdı - RƏSMİ
"Sabah” 29 yaşlı müdafiəçisi Filip İvanoviç ilə vidalaşıb. 
Fanat.Az xəbər verir ki, informasiyanı Masazır təmsilçisinin rəsmi saytı yayıb.
Sözügedən futbolçunun müddəti başa çatan müqaviləsi yenilənməyib.
 
Serbiyalı oyunçu 2018-ci ildən bu komandanın üzvü olub və 59 görüşdə iştirak edib. O, "Sabah”da Saşa Stamenkoviçdən sonra ən çox oyun keçirən ikinci futbolçudur.
 
Klub İvanoviçə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər